Jozep Borell: “İranın nüvə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsləhətləşmələr başlayacaq “backend

Jozep Borell: “İranın nüvə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsləhətləşmələr başlayacaq “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borell İranın nüvə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı İngiltərə, Almaniya və Fransadan məktub aldığını və koordinator qismində növbəti proseslə bağlı məsləhətləşmələrə başlayacağını qeyd edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Borrell verdiyi yazılı açıqlamada İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirlərindən İranın 2012-ci il 2019-cu il tarixli saziş çərçivəsində lazımi addımları atmaması ilə bağlı məktub aldığını açıqlayıb.

Borell üç ölkənin xarici işlər nazirlərinin İranla 2019-cu ildən bəri davam edən uyğunsuzluğun Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Mübahisələrin Həlli Mexanizmi vasitəsilə həll edilə bilməyəcəyini ifadə etdiklərini qeyd edib.

Aİ-nin Ali Nümayəndəsi Borrell vurğulayıb ki, o, razılaşmanın tam şəkildə həyata keçirilməsində qərarlı olaraq qalır və səylərini əsirgəməyəcək.

//Safura Bənnayeva, Editor.az