Jurnalist Fatih Altaylıya HÖKM OXUNDUbackend

Jurnalist Fatih Altaylıya HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentini təhdid etməkdə ittiham olun tanınmış jurnalist Fatih Altaylıya hökm oxunub.

Məhkəmənin qərarına əsasən Fatih Altaylı 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, jurnalist bu ilin iyun ayında həbs edilib. Fatih Altaylıya qarşı 20 iyun tarixində YouTube kanalında yayımlanan veriliş zamanı prezident Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi ifadələrə görə istintaq başlanılıb. Həmin ifadələrin yer aldığı videoya dair təhlil hesabatında Altaylının hərəkətlərinin prezidentə təhdid cinayəti tərkibinə düşdüyü göstərilib.

Vurğulanır ki, sözügedən video mətbuat və yayım vasitələri ilə ictimaiyyətə açıq şəkildə paylaşılıb və yayımlandıqdan sonra geniş auditoriyaya çatıdılıb. İstintaq orqanları Altaylının bu ifadələri qəsdən “ötürmək” niyyəti ilə səsləndirdiyini qeyd edir.

Müsavat.com