Jurnalist təşkilatı Vətən müharibəsinin 18 yaşlı şəhidlərini tanıdacaqbackend

Jurnalist təşkilatı Vətən müharibəsinin 18 yaşlı şəhidlərini tanıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətən müharibəsinin 18 yaşlı şəhidləri” adlı layihənin icrasına başlayıb.

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, layihə cari ilin iyun-iyul-avqust aylarında həyata keçiriləcək. Layihə çərçivəsində Vətən müharibəsində şəhid olmuş 29 gənc haqda dolğun məqalələr hazırlanaraq, ölkənin aparıcı KİV-lərində yerləşdiriləcək.

“Məqsəd Vətən müharibəsinin 18 yaşlı şəhidlərinin keçdiyi döyüş yoluna işıq salmaq, onları gənc nəsilə tanıtmaqdır”,- deyə İctimai Birlikdən bildirilib.

Qeyd olunub ki, layihə ölkənin bütün regionlarını əhatə edəcək.