Jurnalistlər və jurnalist olmaq istəyənlər üçün trening və Misirdə təcrübə imkanlarıbackend

Jurnalistlər və jurnalist olmaq istəyənlər üçün trening və Misirdə təcrübə imkanları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdən  COP29 tədbirlərində   iştirak  üçün Azərbaycana gələn, Qahirə Univeristetinin müəllimi, jurnalist, müasir formatda olan ilk iqlim nəşrinin təsisçisi və rəhbəri  Vaşinqtondakı Beynəlxalq Jurnalistlər Şəbəkəsinin  yazarı Xalid Ammar COP29 bitdikdən sonra ölkəsinə qayıtmamışdı. Strateji.az saytının məlumatına görə bu Bakıda olduğu müddətdə COP29-dan sonra görüşlər keçirmişdir. 

Onun ilk ünvanı Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan “FONO ÖZEL Açıköğretim Kurumu”nın Azərbaycan regional nümayəndəliyində olub. Görüş zamanı Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan “FONO ÖZEL Açıköğretim Kurumu”nın Azərbaycan regional nümayəndəliyinin Baş direktoru Mərdan Əli Şahin qəbul edib. Əməkdaşlığın müzakirə edildiyi görüşdə Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan “FONO ÖZEL Açıköğretim Kurumu”nın Azərbaycan regional nümayəndəliyinin yerli və beynəlxalq layihələrinin rəsmi icraçısı “NazarM Group” şirkətinin rəhbəri, Strateji.az və Nəzər Media.az saytılarının baş redaktoru Nəzərbəy Hacıağayevdə iştirak edib. Görüş zamanı hər üç tərəf əməkdaşlığın prespektivlərini müzakirə edib. Tərəflər sonda yeni bir layihə çərçivəsində əməkdaşlıq etməyə razılığa gəlib.

Tərəflərin razılığına əsasən Misirdən olan jurnalist Xalid Ammar Bakıda jurnalistlər və jurnalist olmaq istəyənlər üçün trening keçəcək.  Treninglər Bakıda baş tutacaq. Treninglərə ev sahibliyini Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan “FONO ÖZEL Açıköğretim Kurumu”nın Azərbaycan regional nümayəndəliyi edəcək. “NazarM Group” şirkəti isə layihənin startına qədər layihənin təbliğatını və təqdimatını həyata keçirəcək. Daha sonra layihədə iştirak edən şəxslər beynəlxalq dərəcəli sertifikatla təmin edilərək Misirin Qahirə Universitetində, ölkənin nüfuzlu media qrumlarından birində və ölkənin nüfuzlu qrumlarından birinin həmkarlar ittifaqında təcrübə və görüşlər keçirmək  imkanları olacaq. Misirdə qalmaq öhdəliyini layihənin Misirdən olan tərəfdaşları öz üzərlərinə götürəcək.

Layihə ilə bağlı yaxın zamanlarda ictimaətə daha geniş və ətraflı məlumat veriləcək

Telefon:+99470-511-22-88