Kabildə baş verənlərin məsuliyyətini üzərinə götürən və Talibanı “kafir” hesab edən İŞİD-K və ya İŞİD-Xorasan təşkilatı kimdir?
Kabil hava limanında törədilən terrorun məsuliyyətini üzərinə götürən İŞİD-K və ya İŞİD-Xorasan uzun müddətdir kəşfiyyat xidmətlərinin diqqət mərkəzindədir.
ABŞ prezidenti Joe Biden həftənin əvvəlində 31 avqustda Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gəldiyini açıqlayarkən, İŞİD-K-nın amerikalıları, müttəfiq qüvvələri və ya günahsız mülki vətəndaşları hədəf alan hücumlar həyata keçirə biləcəyini söyləmişdi.
Uzun müddətdir münaqişə içində olan Taliban və İŞİD-K tərəfindən İslamın fərqli şərhləri bu iki qrupu ideoloji cəhətdən ayırır. İŞİD sələfi olsa da, Taliban mühafizəkar Deobandi mədrəsələrinin İslam təfsirini qəbul edir. Talibanın mənası Puştuda “tələbə”deməkdir. İŞİD-K-nin ideoloji məqsədi Cənubi Asiyadan Mərkəzi Asiyaya qədər uzanan bölgədə xilafət qurmaqdır.
//Gülnarə Abasova, Editor.az

