Kabildə yaşananlara Taliban sözçüsündən reaksiya- “Qaçmaqlarının qorxu ilə heç bir əlaqəsi yoxdur”backend

Kabildə yaşananlara Taliban sözçüsündən reaksiya- “Qaçmaqlarının qorxu ilə heç bir əlaqəsi yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildəkı beynəlxalq hava limanında yaşanan xaosa müxtəlif reaksiyalar gəlməkdədir. Bir çoxları ABŞ-ı təxliyə müddəti bitmədən Əfqanıstandan qoşunları geri çəkdiyinə görə ittiham edir.

Britaniyanın “Sky News” kanalına danışan Taliban sözçüsü  Süheyl Şahin  ABŞ-ın 31 Avqustda geri çəkilmə qərarına reaksiya verib:

“Bu qırmızı xəttdir. Prezident Bayden 31 Avqustda bütün hərbi qüvvələrin geri çəkiləcəyini açıqlayıb. Bu müddətləri uzatmaları  işğalı uzatmaqları deməkdir.  Buna isə ehtiyac yoxdur. ABŞ və ya İngiltərə təhliyə  prosesinə davam etmək üçün əlavə vaxt istəsələr buna cavabımız ” yox” olacaq”. Bu, isə  aramızda inamsızlıq yaradacaq”.

Kabil beynəlxalq hava limanında Əfqanıstanlı kişilərin Amerika yükdaşıma təyyarələrinin kostyumlarını qucaqlayaraq qaçmaq istərkən ölməsi və Əfqanıstanlı qadınların körpələrini tikanlı məftillərin üstündən ABŞ hərbiçilərinin üstünə ataraq ölkədən çıxarmağa çalışmasını   Taliban sözçüsü “iqtisadi immiqrasiya” adlandırıb:

“Sizi əmin edə bilərəm ki, narahat olduqları və ya qorxduqları üçün deyil, qərb ölkələrində yaşamaq istədikləri üçün qaçırlar. Bu, bir növ iqtisadi köçdür, çünki Əfqanıstan kasıb bir ölkədir və insanların 70 faizi yoxsulluq həddində yaşayır. Firavan bir həyat sürmək üçün hər biri qərb ölkələrində məskunlaşmaq istəyir. Bunun qorxu ilə heç bir əlaqəsi yoxdur”.

//Gülnarə Abasova, Editor.az