Əfqanıstanda, Kabil şəhərinin qərbində ard-arda iki partlayış baş verib.
İlk partlayış nəticəsində azı dörd nəfər ölüb, iki nəfər yaralanıb.
Yerli sakinlərdən birinin sözlərinə görə, minik avtomobilinə bərkidilmiş mina partlayıb.
Növbəti partlayışda beş nəfər mülki vətəndaş həyatını itirib, yeddi nəfər xəsarət alıb.
Partlayışdan sonra atışma səsləri eşidilib.
Mənbə: RİA Novosti

