Kabildə – Rusiya səfirliyinin yaxınlığında partlayış olubbackend

Kabildə – Rusiya səfirliyinin yaxınlığında partlayış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kabilin altıncı rayonunda – Dar-ül-Aman bölgəsində, Rusiya səfirliyinin yerləşdiyi bölgədə partlayış baş verib.

Editor.az bildirir ki, bu barədə “Aamaj News” xəbər verir. Qurbanların olub-olmadığı barədə məlumat verilmir.

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hələlik partlayışla bağlı xəbərləri şərh etməyib. Daha sonra Kabil təhlükəsizlik qüvvələrinin nümayəndəsi Xalid Zadaran şəhərin altıncı rayonunda partlayışın baş verdiyini təsdiqləyib.

Onun sözlərinə görə, partlayış Çar-Kala rayonunda neft çəninin yaxınlığında baş verib, ölən olmayıb. Qeyd edək ki, sentyabrın əvvəlində Kabildə əfqanların Rusiya vizası üçün müraciət etmək üçün növbəyə durduğu Rusiya səfirliyinin konsulluq bölməsinin girişi yaxınlığında da partlayış baş vermişdi. Nəticədə ikisi diplomatik nümayəndəliyin əməkdaşı olmaqla altı nəfər həlak olmuşdu.

  //Samir Qurbanov, Editor.az