“Kabinetlərdə oxuyanda həyat yoldaşım yanımda olur” – VİDEObackend

“Kabinetlərdə oxuyanda həyat yoldaşım yanımda olur” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O gün bir xanım ifaçının yanında kabinetdə ifa etməyin adını çəkdim, təəccübləndi və dedi ki, mənim oğlum var, kabinetlərdəki məclislərə getmərəm, mən toy müğənnisiyəm. Kabinet nədir? Bahalı restoranların kabineti. Hər cür kabinet var var, ora depozit ödəyərək gedirlər, qiyməti də çox bahadır. Hər adam kabinetlərdə oturmur. Bunları başa düşmürəm, axı biz gedib kabinetlərdə nə edirik ki? (gülür) Mahnı oxuyuruq da. Təəccüblə qarşılayırlar”. 

Editor.az  bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Qumral Musayeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

İfaçı “Bir çox müğənnilər bahalı restoranların kabinetlərində çıxış edirlər” fikirlərinə aydınlıq gətirib.

Qumral bildirib ki, iş adamlarının kabinetlərdə keçirdiyi məclislərdə “Xalq artisti” fəxri adını daşıyan sənətçilər də çıxış edir:

“Hər adam kabinetlərdə yeyib-içə bilmir. Axı bizdə sevirlər yozub, bəzəsinlər. Biz hamımız hər gün bəlli restoranların kabinetlərində çıxış edirik. Burada pis nə var? Mən müğənni olmayanda elə “Xalq artisti” fəxri adını daşıyan müğənnilər, sənətkarlar var idi ki, onlar gəlib kabinetlərdə mahnılar oxuyurdular. Mən onları elə kabinetlərdə görmüşəm də. İş adamları kabinetlərdə lüks məclislərini keçirirlər.

O həmin xanım ifaçı deyir ki, müğənni kabinetlərdə yox, toylarda, banket zallarında oxuyar. Ona başa salıb deyirəm ki, xeyr, bu, banket zalı deyil, elə kabinetdir. Adını necə demişəmsə, elədir. O xanım ifaçı aşıqdır və çox aqressiv şəkildə mənə cavab verdi. Hər kəsin öz kütləsi var. Elə iş adamı ola bilər ki, o, sazı sevə bilər və kabinetdə keçirdiyi məclisdə aşıq xanımı görmək istəyər. Şahidi olmuşam ki, 20 nəfər xanım bir kabinetdə məclis keçirir, 3 nəfər meyxanaçını dəvət edirlər, onlara da pul xərcləyirlər.

Onlar bunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Biz bunları hər gün görürük. Axı mən nə dedim ki, bunu yeni kəşf kimi gördülər. Bu sözümdən hamı şoka düşüb və çaxnaşma yaşanıb. Mənim də oğlum və qızım var. Mən kabinetə işim üçün gedirəm. Mən kabinetə ailəmlə gedirəm. Atam, anam, həyat yoldaşım yanımda olur. Biz ora hörmətlə gedib, hörmətlə də oradan çıxırıq”.