Kabul hava limanına atılan beş raketi zərərsizləşdirdik- ABŞbackend

Kabul hava limanına atılan beş raketi zərərsizləşdirdik- ABŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hava Hücumundan Müdafiə sistemi  Əfqanıstandan təxliyyə prosesinin davam etdiyi Kabul Hava limanına atılan 5 raketini zərərsizləşdirib.

Editor.az xəbər verir ki, ən gec 31 avqustda bütün qoşunlarının çıxarılması üçün Talibanla razılığa gələn ABŞ hava limanında təxliyə əməliyyatlarını davam etdirir.

Ağ Evin sözçüsü Jen Psaki, hücum cəhdinin təxliyə səylərinin qarşısını almayacağını və bu mövzuda ABŞ prezidenti Co Baydenə məlumat verildiyini söyləyib. Raketlərin hansı təşkilat tərəfindən atıldığı hələ ki məlum deyil.

//Gülnarə Abasova, Editor.az