Kabul hava limanında əfqan uşağı xilas edən italiyalı diplomat ölkədə qəhrəman elan edilibbackend

Kabul hava limanında əfqan uşağı xilas edən italiyalı diplomat ölkədə qəhrəman elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda qalan son italiyalı diplomat Tommaso Claudi Kabul Hava limanında bir uşağı xilas etdiyi zaman çəkilən görüntüləri ölkə gündəmini zəbt edib.

Editor.az xəbər verir ki, İtaliyanın Əfqanıstandakı Baş Konsul müavini vəzifə yerinə yetirən Claudinin Kabul Hava Limanında divarın üstünə çıxaraq bir uşağı qucaqladığı an mətbuatda və sosial mediada ən populyar görüntülərdən biri olub.

İtaliyanın xarici işlər naziri Luigi Di Maio açıqlamasın ​​sözügedən görüntüləri paylaşaraq, “Kabildəki baş verənlər qarşısında konsulumuz Tommaso Claudi və əsgərlərimiz Əfqanıstan xalqına son ana qədər kömək etmək üçün ön cəbhədədir:

“İtaliya xalqı sizdən heç bir zaman üz döndərməyəcək”. Təşəkkürlər Tommaso! hamımız sizinlə və sevgi , fədakarlıqla etdiklərinizlə qürur duyuruq.

Qeyd edək ki, 31 yaşlı diplomat Tommaso Claudinin ölkə mətbuatı və sosial mediada şəkilləri paylaşılaraq “Kabul uşaqlarının mələyi”, “qəhrəman diplomat” kimi ifadələrlə dərc edilib.

//Gülnarə Abasova, Editor.az