Kadi Borqes “Qarabağ”ın təklifini rədd edərək Avropa klubunu seçdibackend

Kadi Borqes “Qarabağ”ın təklifini rədd edərək Avropa klubunu seçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Krasnodar” futbol klubu yarımmüdafiəçi Kadi Borqesin karyerasını Macarıstanın “Ferentsvaroş” klubunda davam etdirəcəyini açıqlayıb.

Editor.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kadi Borqes 2023-cü ilin yanvarında “Qarabağ”dan “Krosnadar”a transfer olunmuşdu. O, “qara-yaşıl”ların heyətində 44 oyun keçirib, 7 qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, 27 yaşlı Kadi 2023-cü ilin yanvarında Rusiya komandasının futbolçusu olub. Nüfuzlu internet portalı “Transfermarkt” oyunçunun bazar dəyərini 2,5 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Macarıstan klubu Kadi Borqesin keçidi üçün “Krasnodar”a iki milyon avro ödəyib.