Qroznı şəhərində (Çeçenistan, Rusiya Federasiyası) Kadırov adına xüsusi təyinatlı alayının kazarmalarına pilotsuz təyyarə ilə endirilən zərbə yerli sakinlərin işi ola bilər.
Bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, təlimatçı pilot və hərbi ekspert Roman Svitan “Kanal 24”ə şərhində deyib. Onun sözlərinə görə, hazırda Şimali Qafqazda azadlıq mübarizəsi davam edir ki, bu da bölgədəki klanların, xüsusilə Dağıstan və Çeçenstanın müharibəsinə çevrilir.
“Bununla yanaşı, həm İnquş, həm də İçkera müqavimət qrupları tərəfindən artıq müəyyən tədbirlər həyata keçirilir ki, bu da Rusiya Qvardiyası üzərinə hücumla nəticələnir. Ümumiyyətlə, bu hücum d yerli müqavimət qruplarının işi ola bilər”, – ekspert qeyd edib. Onun fikrincə, bu dronların Ukrayna ərazisindən buraxılması ehtimalı azdır.
“Çünki bizim üçün təxminən bir yarım min kilometr “irəliləmək” çox uzaqdır… Amma yerli olaraq buraxılan pilotsuz təyyarələrin işləməsi heç də problem deyil. Bu, hətta daha rahat, daha təhlükəsiz və daha dəqiq olur” – deyə Svitan yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az