Kadırov ELAN ETDİ: Mariupolun tezliklə… – VİDEObackend

Kadırov ELAN ETDİ: Mariupolun tezliklə… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın mühasirədəki Mariupol şəhərində gedən döyüşlərin videosunu özünü Teleqram kanalında dərc edib və şəhərin böyük hissəsinin rus hərbçilərinin nəzarətində olduğunu, onun tezliklə “millətçilərdən” tamamilə təmizlənəcəyini bildirib.

Kadırov paylaşımında Çeçenistandan olan döyüşçülərin bütün cəbhələrdə fəal iştirak etdiklərini qeyd edib.

“Gün ərzində müxtəlif təmas xəttlərindən videomateriallar alırıq. Çeçenistandan olan döyüşçülər də öz növbəsində bütün cəbhələrdə fəal şəkildə iştirak edirlər. Mariupol ən qaynar nöqtələrdən biri olaraq qalır. Şəhərin sənaye bölgəsində kiçik müqavimətlər olur. Xoşbəxtlikdən çeçen döyüşçülərinin də səyləri ilə istənilən müqavimət tez bir zamanda yatırılır. Mariupolun böyük hissəsi Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. Yerli əhali üçün davamlı olaraq humanitar yardımların çatdırılması təşkil olunur. Əminəm ki, tezliklə şəhər iyrənc millətçilik fenomenindən tamamilə təmizlənəcək”, – Kadırov qeyd edib.

Qeyd edək ki, martın 31-də Çeçenistan rəhbəri bildirmişdi ki, Mariupol artıq 90-95% tutulub. Ancaq o, şənbə günü hücumunun başladığını elan edib.