Rusiya Federasiyasının Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramazan Kadırov Rusiyanın təkcə Mariupol deyil, həm də paytaxt Kiyev və Ukraynanın digər şəhərlərinə qarşı hərbi əməliyyatlara başlayacağını açıqlayıb.
Editor.az xəbər verir ki, Ramazan Kadırov Telegram hesabında verdiyi açıqlamada Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərini tamamilə azad edəcəklərini də bildirib.
“Sizi inandırıram, geriyə bir addım da atılmayacaq”, – deyə Kadırov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putini dəstəkləyən Kadırov Putinin ən etibar etdiyi adlar sırasındadır. ABŞ və Avropa İttifaqı Kadırovu Çeçenistanda insan haqlarının pozulmasında ittiham edir. Kadırov isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
//Gülnarə Abasova, Editor.az

