Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hərbi vəziyyət elan edilməsindən danışıb və regionları səfərbərlik elan etməyə çağırıb.
Editor.az xəbər verir ki, bu barədə o, Telegram-da yayımladığı videomüraciətdə deyib.
“Xüsusi əməliyyat” çoxdan müharibəyə çevrilib. Məndən soruşsanız, hərbi vəziyyət elan edib, bu şər ruhları daha tez bitirmək üçün bütün imkanlardan istifadə edərdim… Kim istəyirsə buyursun, gözləmək lazım deyil. Dövlət rəhbərliyi səfərbərlik elan edənə qədər hamımız səfərbər olmalı və hər bir vilayət onlarda olan qüvvə və vasitələri təmin etməlidir”, – Kadırov bildirib.
O əlavə edib ki, “xüsusi əməliyyatı” başa çatsa belə, çeçen bölmələri Ukraynada müharibəni davam etdirəcək: “Xüsusi əməliyyat” bitsə, bu şeytanlarla müharibəmiz bitməyəcək, onları məhv etməliyik”.
Xatırladaq ki, Rusiyada bələdiyyə deputatları Vladimir Putinin istefaya göndərilməsi, qondarma “xüsusi hərbi əməliyyat”ın adının dəyişdirilməsi və ümumi səfərbərlik elan edilməsi ilə bağlı petisiya üçün imza toplayırlar.
//Samir,Editor.az

