Kadırov İrəvana meydan oxudu: Qarabağda savaşı kim dayandırdı?backend

Kadırov İrəvana meydan oxudu: Qarabağda savaşı kim dayandırdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ketemeteçilər (KTMT üzvləri nəzərdə tutulur – red.), siz niyə susursunuz? Niyə öz qonşunuz haqda danışmırsınız? Niyə sizin babalarımızı öldürən banderaçılar, nasistlər və faşistlərə qarşı mövqeyiniz yoxdur? Biz ki Banderaya qarşı birlikdə vuruşmuşuq. Ancaq indi sanki heç nə olmamış kimi, Amerika və Avropa sanksiyalarından qorxaraq, hamınız susursunuz.

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov KTMT üzvlərinin Ukraynada baş verənlərlə bağlı mövqeyini tənqid edərkən qeyd edib.

O bildirib ki, əgər dövlət varsa, müttəfiq varsa, o, mütləq qərarını verməli və addım atmalıdır:

“Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Ermənistan və Azərbaycan arasında müharibəni kim dayandırdı? Rusiya. Ancaq Rusiyaya kömək lazım olanda, hamınız susursunuz – sanksiyadan qorxursunuz. Biz döyüşməyi bacarırıq. Biz bu gün, sabah, birigün Luqansk və Donetsk “respublikaları”nda yaxşı nəticələri sizə göstərəcəyik. Və ardı da gələcək. Biz öz dövlətimizi qoruyacağıq – bizim xalq və bu şeytanların narahat etdiyi hər kəs…”

Qeyd edək ki, Kadırovun bu sözləri Qazaxıstan lideri Qasım Jomart Tokayevin “lxr” və “dxr”in müstəqilliyini tanımayacağını bəyan etməsini cavab olduğu iddia edilir.