“Kadırov öz ordusunun əsas hissəsini yanında saxlayır” – İçkeriyanın eks-prezidentinin oğlubackend

“Kadırov öz ordusunun əsas hissəsini yanında saxlayır” – İçkeriyanın eks-prezidentinin oğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın rəhbəri Ramzan Kadırov öz ordusunun əsas hissəsini öz təhlükəsizliyinin təminatı xatirinə yanında saxlayır.

İçkeriyanın keçmiş Prezidenti Aslan Məshədovun oğlu Anzor Məshədov «Ecprecco»nun efirindən bəyan edib ki, Çeçenistan lideri döyüş qabiliyyətli hissələrini Ukraynaya müharibəyə göndərməyib («UNİAN»).

“Kadırov düşərgələrdə məşq etdirilən döyüş qabiliyyətli hissələrini yanınla saxlayır. Buça, Qostomel, Mariupol uğrunda döyüşlərdə adi piyadaları istifadə ediblər, onlar əsasən dəstələrin yeridilməsi ilə məşğul olublar. Və orada böyük itkilər olub. Kadırov döyüşçlərinin əsas hissəsini öz təhlükəsizliyi xaririnə yanında saxlayır” – Məshədov danışıb.

Onun fikrincə, Çeçenistanda gənclərin Ukrayna müharibəsinə səfərbərliyi davam edir.

«O, səfərbərlik təzyiqi altında gəncləri gerçəkdən, nə üçün getdiklərini bilməyən cavanları – «ətlik malı» müharibəyə göndərəcək. Səfərbərlik davam etdiriləcək – daha pis olacaq, çünki onlar nəyin hesabına olursa olsun Ukraynada qələbə əldə etmək istəyirlər» – Məshədov izah edib.

Onun özü isə əmindir ki, təcavüzkar qalib gəlməyəcək.

«Bu yaxınlarda Putinin bu marionetkası Kadırov bəyan edib ki, 300-400 min çeçen toplamaq lazımdır. Xalqın gözündə bu, alçaqlıqdır. Öz xalqının normal vətənpərvəri bu xalqın cəlladı ilə bir sırada necə dayana bilər? Bu adamlar öz xalqını satanlardır. Mən əminəm ki, tezliklə o və digərləri öz sözlərinə görə cavab verməli olacaqlar» – o, yekunlaşdırıb.

AzPolitika.info