Kadırov Putinə hərbi yardım göstərməyərək ordusunu qorumağa çalışır, çünki bu ordu Rusiya dağılarkən ona lazım olacaq – Oleq Dundabackend

Kadırov Putinə hərbi yardım göstərməyərək ordusunu qorumağa çalışır, çünki bu ordu Rusiya dağılarkən ona lazım olacaq – Oleq Dunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı bir daha Çeçenistan lideri Ramzan Kadırov və onun əlaltılarının zəifliyini göstərdi.

O, Rusiya Federasiyasının lideri Vladimir Putinə hərbi yardımda maraqlı deyil, çünki o, digər məqsədlər üçün ordunu qorumaq niyyətindədir.

Editor.az bildirir ki, bu barədə Ukraynanın xalq deputatı Oleq Dunda Kanal 24-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Kadırov artıq başa düşür ki, Rusiya imperiyası indiki formada məhvə məhkumdur. Və onun çoxlu düşmənləri olduğu üçün Putin hakimiyyətdən gedəndən sonra təkcə hakimiyyət üçün deyil, öz həyatı üçün də mübarizə aparmalı olacaq.

Deputat hesab edir ki, “Düşmənlərinin çoxu onun 20 il ərzində etdiklərinə görə hesab çəkmək istəyəcəklər, Liviya xalqının Müəmmər Qəzzafiyə etdiklərini ona da edə bilərlər”. Dunda vurğulayıb ki, Kadırov heç də hərbi əməliyyatlarda iştirak etməkdə və ordusunu itirməkdə maraqlı deyil, çünki bu, Rusiyanın dağılması zamanı ona lazım olacaq. “Təyin olunduğu ilk gündən Kadırov Putinə xəyanət etməyə hazır olub, indi də buna hazırlaşır və Putinin sonunun tezliklə gələcəyini hiss edir”, – Dunda vurğulayıb.

//Samir Qurbanov, Editor.az