Kadırov Putinin nəzarətindən çıxıbbackend

Kadırov Putinin nəzarətindən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Kadırov Rusiya prezidenti Putinin nəzarətindən çıxıb.

Editor.az bu barədə hərbi ekspert Oleq Jdanova istinadən məlumat verir. “Bu şəxs özünü faktiki olaraq Putinlə eyni səviyyədə aparır və bu da Putini çox qıcıqlandırır.

Son bir neçə ildir ki, o, Kadırovu mümkün qədər özündən uzaqlaşdırmağa və onu Çeçenistan paytaxtından çıxmamasına çalışır. Lakin Kadırov özünü çox möhkəm, çox inamlı və çox yüksək rütbədə nümayiş etdirir”, – Jdanov bildirib. Ekspert daha sonra qeyd edib ki, Rusiya Federasiyasından fərqli olaraq Ukraynada artıq “kadırovçular”dan qorxmurlar. Rusiyada onların təxminən 30 min nəfəri var və onlar formal olaraq federal rəhbərliyə tabe olan Milli Qvardiyanın bir hissəsidir.

“Bu, Putinin hakimiyyət vertikalına çox ciddi zərbədir, çünki federal qoşunlara, əslində Rusiya Qvardiyası olan federal hüquq-mühafizə orqanına Çeçenistan ərazisində yerli məmur rəhbərlik edir və demək olar ki, ona komandanlıq edir. Onlar Kadırovun şəxsi ordusudur”, – Jdanov bildirib. Onun sözlərinə görə, “Kadırovtsılar” real döyüş əvəzinə yalnız TikTok-da nümayiş olunsun deyə, boş pəncərələrə atəş açmağa qadirdirlər. Bundan əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirmişdi ki, Kadırov şəxsən Putinə Zelenskinin öldürülməsini vəd edib. Lakin onların planları Ukrayna kəşfiyyatı tərəfindən pozulub.