Kadırov Türkiyə rəsmiləri ilə keçirdiyi görüşdən danışıb – “Türkiyəyə dəvət almışam”backend

Kadırov Türkiyə rəsmiləri ilə keçirdiyi görüşdən danışıb – “Türkiyəyə dəvət almışam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinə yaxınlığı ilə bilinən Çeçenistan lideri Ramazan Kadırov avqustun əvvəlində Soçidə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla keçirdiyi görüşün detallarını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Kadırov özünün şəxsi telegram kanalından paylaşım edib.

Kadırov görüşün Ərdoğanın Soçiyə səfəri ərəfəsində baş tutduğunu açıqlayıb: “Xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla məhsuldar qeyri-rəsmi görüş keçirdik. Görüşdə Türkiyə ilə Çeçenistan arasında müxtəlif mövzularda əməkdaşlığın qurulmasının zəruriliyi barədə razılığa gəldik. Çavuşoğlu bu görüşün ikitərəfli əlaqələrin inkişafı üçün başlanğıc olacağına ümid etdiyini bildirdi”.

Kadırov görüşdən sonra Türkiyə nümayəndə heyətinin onu Türkiyəyə dəvət etdiyini bildirib.

Qeyd edək ki, görüşlə bağlı M. Çavuşoğlu və H. Fidan tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyənin Kocaəli şəhərində açılan parka çeçenlərin əfsanəvi prezidenti Cövhər Dudayevin adının verilməsinə Kadırov başından böyük reaksiya vermişdi. O, Çeçensitandakı parklardan birinə PKK lideri Abdullah Öcalanın adının veriləcəyini bildirimişdi. Ancaq görünür, ona səhv etdiyi başa salınıb.