Rusiyanın Ukraynaya hücumlarının ilk günündən Rusiya prezidenti Vladimir Putinə dəstəyini ifadə edən Çeçenistan prezidenti Ramazan Kadırov minlərlə Çeçenistan əsgərini rus qoşunları ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün Ukraynaya göndərib.
Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatı Kadırovun Ukraynada ola biləcəyi açıqlamasından sonra sosial media hesabında paylaşım edən prezident Kadırov Ukrayna ərazisində olduğunu açıqlayıb.
Kadırov Çeçenistan əsgərləri ilə görüntülərini paylaşıb və həmin görüntülərdə Ukrayna Təhlükəsizlik Xidmətini (SBU) məsxərəyə qoyub:
“Siz ruhi xəstəsiz .Biz şəkildə Qostomeldəyik. Keçən gün biz Kiyev faşistləri sizdən 20 km aralı idik və indi daha da yaxınlaşdıq və təxmin edin ki, biz nə qədər yaxınlaşmışıq? Sizin kəşfiyyat xidmətiniz ümumiyyətlə işləmir. Görünür, əcnəbi təlimçilər və hərbi məsləhətçilər sizə keçmiş üsulla dərs deyirlər”.
Kadırov açıqlamasının davamında Kiyev administrasiyasını hədələyib:
“Biraz dincələ bilərsiniz, çünki bizi axtarmağınıza ehtiyac yoxdur, biz özümüz sizi tapacağıq. Amma sizin çox vaxtınız yoxdur. Mənim kimi dəfələrlə təklif etdiyimiz kimi geri çəkilin. Təklif hələ də qüvvədədir. Amma vaxtınız çox azdır, sizi məhv edəcəyik”.
//Gülnarə Abasova, Editor.az

