Kadırov Ukraynada qələbə qazandıqdan sonra “xüsusi hərbi əməliyyat”ı Polşada davam etdirməyi arzulayırbackend

Kadırov Ukraynada qələbə qazandıqdan sonra “xüsusi hərbi əməliyyat”ı Polşada davam etdirməyi arzulayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” uğurla başa çatdıqdan sonra denazifikasiya” və “demilitarizasiya” növbəsi Polşaya çata bilər.

Editor.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında yazıb. Kadırov Ukraynadakı qələbədən sonra “xüsusi əməliyyat”ın Polşada davam etdirmək arzusunda olduğunu açıqlayıb.

Siyasətçi qeyd edib ki, onun bütün Avropada, ilk növbədə isə Polşada “satanizmlə mübarizəni” davam etdirmək arzusu var: “Beləliklə, polyaklar vaxtında dərk ediblər. Bəli, indi də siyasi vəziyyət onlar üçün çətindir. Hər il iyul ayında daha çox iştirakçı cəlb edən mmüntəzəm Sileziya Muxtariyyəti Yürüşü keçiriləcək. Mənə görə Polşanın bu bölgəsinin xüsusi müstəqil statusa haqqı var və burada ən yaxın zamanda referendumun keçirilməsinə zərurət var. Bu məsələdə Rusiya onlara hər cür təşkilati yardım göstərə bilər”, – Kadırov yekunlaşdırıb.

  //Samir Qurbanov, Editor.az