Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya getdiyi iddia edilir. Orada o, Çeçenistandan getmiş hərbçilərlə görüşüb.
Görüşün videosu sosial şəbəkədə yayımlanıb. Çeçenistan mediası video ilə bağlı hələ ki heç bir şərh verməyib.
Kadırov görüşdə bildirib ki, banderaçılar və çeçendilli şeytanlar mərhəmət görməyəcəklər. Görüntülərdə Çeçenistan rəhbərinin “Vəzifə Kiyevi almaqdır” ifadəsini necə tələffüz etdiyini də görmək mümkündür.
Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz “Telegram” kanalında Kadırovun Ukraynaya getdiyini və İvankovoda olduğunu yazıb.

