Kadırov və xanımının gəlirləri açıqlandı: Milyonlar…backend

Kadırov və xanımının gəlirləri açıqlandı: Milyonlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan Prezidenti Ramzan Kadırov ötən il 381 milyon rubl (təxminən 8,6 milyon AZN) qazanıb.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi açıqlama yayıb.

Cari ildə isə Kadırov gəlirlərini 233 milyon rubl (təxminən 5,27 milyon AZN) artırmağa nail olub.
Həmçinin qeyd olunub ki, Kadırov sahəsi 2344 kvadratmetr olan bir yaşayış binasına və müvafiq olaraq 3668 və 28.361 kvadrat metr olan iki obyektə sahibdir.

Kadırov, həyat yoldaşı və 12 azyaşlı uşağının sahəsi 300 kvadratmetr olan yaşayış binası var. Çeçenistan rəhbərinin şəxsi nəqliyyat vasitəsi isə yoxdur.

Kadırovun həyat yoldaşı isə 2020-ci ildə 1,5 milyon rubl (təxminən 340 min AZN) qazanıb. Həmçinin, 210 kvadratmetrlik bir mənzilə sahibdir.