Çeçenistanın rəhbəri Ramzan Kadırov Mariupolun tezliklə 100% azad ediləcəyini bildirib.
O, bu barədə Teleqram kanalında paylaşım edib.
Kadırov qeyd edib ki, əsas tapşırıqlar yerinə yetirilib. “Mariupol tam şəkildə tezliklə azad ediləcək. Prinsipcə, burada əsas vəzifələr yerinə yetirilib. Yalnız bir ovuc Bandera ardıcılları qalıb. Onların üzərində də iş gedir və bu, tamamlanacaq”, – Kadırov yazıb.
O əlavə edib ki, Mariupolda keçirilən “xüsusi əməliyyat”a Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov nəzarət edir, bu isə o deməkdir ki, “istənilən nəticə tam təmin oluna bilər”.
Publika.az

