Kadırovdan şok iddia – “Rus ordusu bu gün nahardan sonra…”backend

Kadırovdan şok iddia – “Rus ordusu bu gün nahardan sonra…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-da başlayan Rusiya-Ukrayna müharibəsi ölkənin hər yerində can almaqda davam edir.

Müharibənin ən qızğın keçdiyi bölgələrdən biri olan Ukraynanın Mariupol şəhəri günlərdir rusların mühasirəsindədir.

Şəhərin Rusiyanın nəzarətində olduğu, qalan Ukrayna qoşunlarının “Azovstal” zavodunda ilişib qaldığı, Rusiya isə oradakı hərbçilərin sağ qalmaları üçün təslim olmaq məcburiyyətində qaldığını iddia edib.

Moskva təslim olmaq tələbi ilə bağlı müddəti bir neçə dəfə uzatsa da, Ukraynadan müsbət cavab gəlməyib. Ukraynaya qarşı Rusiyanın yanında olan Çeçenistan lideri Ramazan Kadırovdan Mariupolla bağlı diqqətçəkən iddia gəlib.

Çeçenistan lideri iddia edib ki, həftələrdir Ukrayna müqavimətinin simvollarından biri olan şəhər bu gün günorta saatlarında ələ keçiriləcək.

“Azovstal” nahardan əvvəl və ya sonra tamamilə Rusiya Federasiyası qüvvələrinin nəzarəti altında olacaq”, – Kadırov bildirib.

Teleqraf.com