Kadırovun “qardaşı” Luqanskda yaralandıbackend

Kadırovun “qardaşı” Luqanskda yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma “luqansk xalq respublikasının” (lxr) Rubejnoe şəhərində Çeçenistan rəhbəri Ramzan Kadırovun müttəfiqi İsmayıl Aquyev yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Baza” nəşri məlumat yayıb .

Bildirilib ki, Aquyev mayın 6-da Severodonetsk vilayətinin kənarında Ukrayna əsgərləri ilə döyüşdə dizindən yaralanıb. Bundan başqa, Çeçenistan polisinin daha iki əməkdaşının yaralandığı da məlum olub.

Qeyd olunur ki, Aquyev Çeçenistan Respublikasının Kurçaloyevski rayonunun daxili işlər şöbəsinin keçmiş rəhbəridir. Kadırov Teleqram paylaşımlarında dəfələrlə onun adını çəkib, “xüsusi əməliyyat”ın gedişindən danışıb və onu “qardaş” adlandırıb.