Kahramanmaraşda 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq – FOTObackend

Kahramanmaraşda 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə fevralın 6-da baş verən və “əsrin fəlakəti” kimi ölkə tarixinə düşən zəlzələnin episentri Kahramanmaraşda Azərbaycanın qeyri-hökumət təşkilatlarının dəstəyi ilə 200 konteynerlik Azərbaycan Məhəlləsi qurulacaq.

Bu barədə Azərbaycan Sahibkarlar Federasiyasının Türkiyə təmsilçisi Asif Qurban Kahramanmaraşın Türkoğlu rayonunda koordinator qubernator kimi fəaliyyət göstərən Tuncay Akkoyunla (Karaman valisi) görüşündə bəyan edib.

Onun sözlərinə görə, indiyə kimi əraziyə 100 konteyner, min ton ərzaq, 200 generator, 155 çadır, iki xəstəxana çadırı, 22 ton dərman və tibbi avadanlıqlar göndərilib.

 

Mənbə: “Anadolu” Agentliyi