Kahramanmaraşda “Azərbaycan məhəlləsi” salınırbackend

Kahramanmaraşda “Azərbaycan məhəlləsi” salınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının hakimiyyət orqanları zəlzələ nəticəsində dağılmış Kəhramanmaraş ərazisində humanitar fəaliyyətlərdə fəal iştirak etməkdə davam edir.

Hazırda 32 hektar ərazini əhatə edəcək məhəllənin tikintisinə azərbaycanlı mütəxəssislər cəlb olunub. Layihəyə əsasən, yeni yaşayış kompleksinə 71 çoxmənzilli bina daxil olacaq ki, burada da 1,5 min mənzil istifadəyə veriləcək.

Qeyd olunur ki, Azərbaycan bu layihənin həyata keçirilməsi üçün 100 milyon dollar sərmayə qoyacaq. Bundan əlavə, “Azərbaycan məhəlləsi”ndə 300 yerlik ibtidai məktəb və 60 yerlik uşaq bağçası tikiləcək. İndi inşaatçılar 16 dördmərtəbəli binadan ibarət 11-ci və 12-ci məhəllələrin tikintisinə başlayıblar.

//Samir Qurbanov, Editor.az