Kalas: Ukraynaya 90 milyard avroluq kreditlə bağlı yaxşı xəbər yoxdurbackend

Kalas: Ukraynaya 90 milyard avroluq kreditlə bağlı yaxşı xəbər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kalas Kiyevdə verdiyi açıqlamada bildirib ki, Ukraynaya planlaşdırılan 90 milyard avroluq kredit hələ dəqiqləşməyib və bu məsələ ilə bağlı müsbət irəliləyiş yoxdur.

Editor.az xəbər verir ki, Kiyevə səfər edən Kaja Kalas Ukraynaya 90 milyard avro həcmində kredit ayrılması və Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı müəyyən maneələrin mövcud olduğunu qeyd edib. O, hazırkı mərhələdə kreditin veriləcəyinə dair “yaxşı xəbəri olmadığını” vurğulayıb.

“İstər 20-ci sanksiya paketi, istərsə də 90 milyard avroluq kreditlə bağlı qarşımızda bir sıra maneələr var. Hazırda müsbət xəbər verə bilmirəm və bu kreditin ayrılacağını demək mümkün deyil”, – deyə Kalas bildirib.

Aİ-nin yüksək səviyyəli diplomatı əlavə edib ki, Ukraynaya maliyyə dəstəyi paketi və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarlar Avropa Şurasının növbəti sammitində müzakirə olunacaq.

Kalas qeyd edib ki, kredit və sanksiya paketi ilə bağlı proses üzv dövlətlər arasında aparılan məsləhətləşmələr və əldə olunacaq razılaşmadan asılıdır. O, hazırda Kiyevə konkret öhdəlik verə bilmədiyini də diqqətə çatdırıb.

//Gülnarə Abasova, Editor.az