“Kalaşnikov”lu polkovnikin ikinci vaqiəsi – 7 il əvvəl onun Türkiyədə 24 yaşlı qızı öldürdüyü iddia olunurbackend

“Kalaşnikov”lu polkovnikin ikinci vaqiəsi – 7 il əvvəl onun Türkiyədə 24 yaşlı qızı öldürdüyü iddia olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq polis rəisi, polis polkovniki Rza Hacıyevin Bakının Pirşağı qəsəbəsində şəriki Şirzad Quliyevin maşınını “Kalaşnikov” avtomatından atəşə tutması onun Türkiyədə adı qarışan gənc qızın ölüm işini yenidən gündəmə gətirib.

2014-cü ilin sentyabrında Türkiyədə, o zamanlarda məşhur milyarder Telman İsmayılova məxsus “Mardan Palace” hotelində 24 yaşlı Arzu Qəmbər qızı Zeynalovanın meyiti aşkar olunmuşdu. Aydın olmuşdu ki, A.Zeynalova “Mardan Palace” hotelinə o zaman artıq vəzifəsindən uzaqlaşdırılan Rza Hacıyevlə gedib və ölüm baş verərkən də sabiq rəis hadisə yerində olub. Rza Hacıyev bu günə qədər Arzu Zeynalovanın müəmmalı ölümü ilə bağlı ona yönəlik ittihamları cavablandırmayıb.

123.jpg (186 KB)

2014-cü ildə mətbuatın 1 nömrəli mövzusuna çevrilən olayla bağlı o zaman Rza Hacıyevin öldürdüyü iddia olunan qadının yazın qohumu, Əzizə Ələkbərova redaksiyamıza məktub üvanlamışdı. Həmin məktubda Əzizə Ələkbərova yazırdı.

Sitat: “Rza Hacıyev onun sevgilisi idi. Mən hazırda İstanbulda yaşayıram. Arzu Antalyaya getməzdən əvvəl mənimlə telefonla danışdı. Dedi ki, mən Rzaynan Antalyaya gedəcəyəm. “Ordan da İstanbula gələcəyəm, görüşərik” demişdi. Mənim bibimin qızını o adam öldürüb. Bunu mən bilirəm. Onlar bərabər idilər. Mən “Mardan Palace” hotelindən də məlumat alacağam. O adamın oraya nə vaxt giriş-çıxış elədiyini isbatlamağın qarşısı alınır, hər şeyi gizləyirlər. Amma mən bu ölümün gizlinlərinin ortaya çıxmasını istəyirəm”.

teleqraf.com14128340681365831372_meyit.jpg (29 KB)

Məlumat üçün deyək ki, 2014-cü il sentyabrın 20-də Rza Hacıyevin Türkiyədə bir qadını öldürməsi haqda məlumat yayılıb. Həmin vaxt Musavat.com-a etibarlı mənbədən daxil olan məlumatda bildirilirdi ki, Telman İsmayılovun Antalyadakı “Mardan Palase” otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Zeynalovanın bədənində zorakılıq əlamətləri olub. Məlumatda sabiq polis rəisinin qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilindiyi də qeyd olunurdu. Qaynağımız isə iddia edirdi ki, Rza Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan Rza Hacıyev həmin ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilmişdi. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar.

Həmin vaxt Rza Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.

930797b77d33dbfd98d2bbe5e0026bce.jpg (99 KB)

Rza Hacıyev qətllə bağlı xəbəri təkzib etmişdi. O, Türkiyədə sonuncu dəfə bu ilin yazında olduğunu demişdi. Sabiq rəis hazırda Bakıda istirahət etdiyini söyləmişdi. Digər bir məlumatda isə R.Hacıyevin öldürdüyü iddia olunan qadının Bakıdakı “Qurd qapı”sı deyilən ərazidə yerləşən qəbiristanlıqda dəfn olunduğu iddia edilirdi. Bildirilirdi ki, A.Zeynalovanın dəfni üçün qəbir yerinin alınmasına sabiq polis rəisi 8 min manat xərcləyib. A.Zeynalova polis rəisi ilə illər əvvəldən tanış olublar və Türkiyəyə istirahətə birgə gediblər. Oradan A.Zeynalovanın meyiti gətirilib.

O zaman Rza Hacıyevi Türkiyədə, “Mardan Palace” otelində 24 yaşlı Arzu Zeynalovanı öldürməsi haqda yayılan məlumatlarla bağlı dindiriblər. Lakin cinayət işi üzrə Rza Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunmayıb.