Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) məlumatına görə, ştatın paytaxtı Sakramentodan təxminən 40 kilometr şimalda yerləşən parkdakı yanğının ölçüsü 24 saat ərzində iki dəfədən çox artıb və 141 640 hektardan çox ərazini əhatə edib.
Editor.az bu barədə “The Guardian”a istinadla yazır. Bildirilib ki, Kaliforniya yeddinci ən böyük meşə yanğını ilə mübarizə aparır.
Məlumata görə, yanğın təxminən Los-Anceles ölçüsündədir və dörd əyaləti əhatə edir. Butte, Plumas, Shasta və Tehama, Park Yanğın Departamentinin sözçüsü Jay Tracy deyib :”Bu yanğın partlayıcı böyüməsi ilə bir çox insanı təəccübləndirir. Bu, görünməmiş haldır”.
66 evin yandığı və daha minlərlə evin təhlükə altında olduğu, ancaq bu günə kimi heç kimin zərər görmədiyi də qeyd edilib.
//Gülnarə Abasova, Editor.az

