Kaliforniyada meşə yanğınları davam edir: Hollivud köçürülürbackend

Kaliforniyada meşə yanğınları davam edir: Hollivud köçürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 7-də Cənubi Kaliforniyada meşə yanğınları başlanıb. ABŞ prezidenti Co Bayden ştatda böyük fəlakət elan edib. Təxliyə ediləcək ərazilər arasında Hollivud Şöhrət Xiyabanı və Martın 3-də Akademiya Mükafatlarının təqdimetmə mərasiminin keçiriləcəyi Dolby Teatrı da var.

Agentlik qeyd edir ki, yanğınlar səbəbindən mükafata namizədlərin elan edilməsi artıq iki gündür ki, təxirə salınıb.

“The Washington Post” xəbər verir ki, yanğınlar nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Dəbdəbəli Pacific Palisades məhəlləsində baş verən yanğın 63,9 kvadrat kilometr ərazini əhatə edib. Yanğının yayıldığı daha dörd yer də məlumdur.
Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində 1000-dən çox bina yanıb. Onların arasında aktrisa Paris Hiltonun sosial şəbəkədə elan etdiyi evi də var.

//Samir Qurbanov, Editor.az