Kalininqrad həmişə rus regionu olaraq qalacaq – Rusiya prezidentinin mətbuat katibibackend

Kalininqrad həmişə rus regionu olaraq qalacaq – Rusiya prezidentinin mətbuat katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyusun Rusiya –
NATO-nun müharibəsi olacağı təqdirdə Kalininqradın ilk olaraq “zərərsizləşdiriləcəyi” sözlərini şərh edib. Peskov əmin edib ki, bu region həmişə rus regionu olaraq qalacaq.

Onun sözlərinə görə, NATO-nun genişlənməsi və hərbi infrastrukturunun Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməsi, eləcə də alyansa daxil olan ölkələrin “düşmən ritorikası” “dərin narahatlığa səbəb və təşviş üçün əsasdır”. “Kalininqrad Rusiyanın vilayətidir. Baltik dənizində yerləşir. Həmişə belə olacaq”.

Xatırladaq ki, Linkeviçyus bundan bir gün əvvəl İsveçin NATO-ya inteqrasiyasından sonra Baltik dənizinin alyansın “daxili dənizinə” çevrildiyini söyləyib.

//Samir Qurbanov, Editor.az