Kalininqradın adı Köniqsberq olsunbackend

Kalininqradın adı Köniqsberq olsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsi ölkənin Kalininqradın indiki adından istifadə etməyi dayandırmalı və onu tarixi Köniqsberqlə əvəz etməli olduğuna qərar verib.

Yazda bu təşəbbüs ölkənin mühafizəkar partiyası tərəfindən irəli sürülüb. Qətnamədə qeyd edilir ki, Estoniya artıq bu qərara gələn Litva, Latviya və Polşadan nümunə götürməlidir.

Xatırladaq ki, mayın 10-da Polşa hökuməti Kalininqrad şəhərinin coğrafi adının Krulevets olaraq dəyişdirilməsi ilə bağlı tövsiyələri qəbul edib. Kreml bu qərarı pisləyib və bunu “ağılsız proses” adlandırıb. Latviya və Litvada şəhərin müvafiq olaraq Karalyauçi və Karalyauçius adlandırılması təklif edilib.

//Samir Qurbanov, Editor.az