Kamal Kılıcdaroğlu Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verdibackend

Kamal Kılıcdaroğlu Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə müxalifətdən olan prezidentliyə namizəd Kamal Kılıcdaroğlu Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib. Ərdoğana qarşı açılan iddianın təfərrüatlarını onun vəkili Cəlal Kılıç açıqlayıb.

Editor.az xəbər verir ki, “7-li masa”nın namizədinin məhkəməyə müraciət etməsinə səbəb Ərdoğanın qərargahının hazırladığı video olub. Videoda müxalifətçinin Türkiyədə qadağan edilən qondarma “Kürdüstan Fəhlə Partiyası” ilə əlaqəli olduğu bildirilir. Vəkilin sözlərinə görə, Kılıçdaroğlu təqsirləndirilən şəxsdən ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edir.

Siyasətçinin sözlərinə görə, bunun üçün ona 1 milyon lirə, yəni 50 min dollardan çox təzminat ödənməlidir. Vəkilin sözlərinə görə, həmin vəsait terrorla mübarizədə həlak olan vətəndaşların övladlarının təhsilinə sərf olunacaq.

  //Samir Qurbanov,Editor.az