Türkiyə Cümhuriyyət Xalq Partiyasının 74 yaşlı lideri Kamal Kılıçdaroğlunun korteji qəzaya düşüb.
Qəzada 4 nəfər xəsarət alıb, onların hamısı jurnalistdir, siyasətçinin maşını zərər görməyib.
Editor.az “Onedio”ya istinaən xəbər verir ki, Kılıçdaroğlunun kortejindən olan 7 avtomobilin, eləcə də jurnalistlərin olduğu mikroavtobusun iştirakı ilə qəza Ərzincan-Tunceli yolunda baş verib. Jurnalistlər siyasətçinin kortejini izləyiblər.
Xatırladaq ki, Kılıçdaroğlu 2023-cü ilin mayında keçirilən seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olub. Birləşmiş müxalifəti təmsil edən siyasətçi 2-ci tura yüksəlib və orada Ərdoğana uduzub.
//Samir Qurbanov, Editor.az