Kamala Harris 24 saat ərzində 81 milyon dollar ianə toplayıbbackend

Kamala Harris 24 saat ərzində 81 milyon dollar ianə toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların prezidentliyə namizədliyinə ən yaxın namizəd olan Kamala Harris rekord səviyyədə ianə toplayıb.

Editor.az xəbər verir ki, Harrisin komandasının verdiyi açıqlamaya görə, Bayden onu prezidentliyə namizəd göstərdikdən sonra son 24 saat ərzində Harrisə 81 milyon dollar bağışlanıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, bu rəqəm 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeydə alınıb. ABŞ-da prezident seçkiləri zamanı toplanan ianələrin miqdarı və donorların sayı seçkinin nəticələri haqqında təsəvvür yaratmaq üçün diqqətlə izlənilir.

Onun Respublikaçı rəqibi Donald Tramp qərar elan edildikdən sonra 24 saat ərzində Nyu Yorkda hush money davasında 50 milyon dollardan çox ianə toplayıb.

//Gülnarə Abasova, Editor.az