Kamala Harris Co Baydeni əvəz etməyə hazırdırbackend

Kamala Harris Co Baydeni əvəz etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Kamala Harris zərurət yaranarsa, ABŞ prezidenti vəzifəsini icra etməyə hazır olduğunu bildirib.

Editor.az xəbər verir ki, o, bu barədə “The Wall Street Jorunal” qəzetinin müxbirlərinə ABŞ-ın hazırkı prezidenti Co Baydenin yaşı ilə bağlı seçicilərin narahatlıqlarını şərh etmək istəyinə cavab olaraq deyib.

“Mən öz vəzifələrimi yerinə yetirməyə hazıram. Buna heç bir şübhə yoxdur”, – deyə xanım Harris bildirib. WSJ xəbər verir ki, ABŞ-ın vitse-prezidenti hesab edir ki, onu iş yerində görən hər kəs onun rəhbərlik qabiliyyətini başa düşür. ABŞ Demokrat Partiyasındakı mənbələr qəzetə bildiriblər ki, demokratlar qarşıdan gələn prezident seçkilərində Co Baydenin başqa namizədlə əvəzlənməsi ilə bağlı ciddi müzakirələr aparmırlar. Onlar qeyd edirlər ki, praymerizdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddəti artıq başa çatıb.

Əgər cənab Bayden hansısa səbəbdən geri çəkilərsə, xanım Harris 2024-cü ilin avqustunda partiyanın qurultayında onu əvəz etmək üçün Demokratik nümayəndələrin əksəriyyətinin dəstəyini qazanmalı olacaq. WSJ xəbər verir ki, əgər cənab Bayden qurultaydan sonra namizədliyini geri götürsə, onun seçkidə varisi Demokratik Milli Komitə tərəfindən müəyyən ediləcək.

//Samir Qurbanov, Editor.az