Kamala Harris Donald Trampa şans qoymurbackend

Kamala Harris Donald Trampa şans qoymur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, vitse-prezident Kamala Harris əsas rəqibi Respublikaçılar Partiyasının nümayəndəsi, keçmiş prezident Donald Trampı 4 faiz qabaqlayır.

Bunu “Morning Consult” beynəlxalq şirkətinin avqustun 5-də “X” sosial şəbəkəsində dərc etdirdiyi araşdırma sübut edir. Avqustun 2-dən 4-dək 11265 respondent arasında sorğu keçirilib və onların 48% Harrisi dəstəkləyib. “Morning Consult”un məlumatına görə, Trampa dəstək 44% təşkil edib.

Respublikaçı seçicilərin əksəriyyəti Trampa (89%), demokrat seçicilər isə Harrisə (91%) üstünlük verib. Müstəqil seçicilər və 18-34 yaşlı gənclər ABŞ-ın hazırkı vitse-prezidentinə üstünlük verirlər – müvafiq olaraq 42% – 37% və 49% -ə qarşı 40%.

//Samir Qurbanov, Editor.az