Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib.
O, bunu “The New York Times” qəzetində dərc olunan Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayında çıxışı zamanı deyib.
“Ali Baş Komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna malik olmasını təmin edəcəyəm”,- deyə o bildirib.
Prezidentliyə namizəd həmçinin İsrail, Ukrayna və NATO müttəfiqlərini dəstəkləməyə söz verib. Harris respublikaçı rəqibi Donald Trampı Amerika demokratiyası üçün ciddi təhlükə yaradan “əhəmiyyətsiz insan” adlandırıb.
//Gülnarə Abasova, Editor.az