ABŞ-ın vitse-prezidenti Kamala Harris ilk təşviqat videosunu yayıb. Orada o, seçkilərdə iştirak etmək niyyətini təsdiqləyib. “Bəzi insanlar düşünür ki, biz xaos, qorxu və nifrət ölkəsi olmalıyıq. Amma biz fərqli bir şeyi seçirik – azadlığı seçirik”.
Editor.az bildirir ki, bunu Kamala Harris yayımladığı videoda deyib. Xanım Harris ABŞ-ın perspektivləri və inkişafı üçün mübarizəyə hazır olduğunu da bildirib. Videoda “heç kim qanundan üstün deyil” sözlərinin fonunda Donald Trampın həbsxanadan çəkilmiş fotoşəkili görünür. Co Bayden namizədliyini geri götürmək qərarına gəldikdən sonra Kamala Harris seçki yarışına girib.
“Financial Times”ın məlumatına görə, xanım Harris Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və ya Şimali Karolina qubernatoru Roy Kuperi vitse-prezidentliyə namizəd kimi seçə bilər.
//Samir Qurbanov, Editor.az

