Kamala Harris rəsmən Demokratlar Partiyasının prezidentliyə namizədi oldubackend

Kamala Harris rəsmən Demokratlar Partiyasının prezidentliyə namizədi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb.

Editor.az bildirir ki, bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison X sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, xanım Harris səsvermədə iştirak edən nümayəndələrin səslərinin “çoxluğu üzərində” qalib gələ bilib.

O, səsvermənin avqustun 5-i bazar ertəsi başa çatacağını da vurğulayıb. “Associated Press”in sitat gətirdiyi kimi, Kamala Harris tərəfdarları ilə telefon danışığı zamanı “Demokratik Partiyanın ehtimal olunan namizədi olmaqdan şərəf duyuram” dedi. Nəşrin məlumatına görə, rəsmi namizədliyin avqustun 7-dək başa çatdırılması planlaşdırılır.

//Samir Qurbanov, Editor.az