ABŞ Demokratik Partiyası dünən axşam keçirilən milli qurultayda vitse-prezident Kamala Harrisi rəsmən prezident seçkilərində dövlət başçısı vəzifəsinə namizəd kimi təsdiqləyib.
Tədbir Çikaqoda United Center idman arenasında baş tutub, Harris partiya yoldaşlarından 4566 səs toplayıb. “Mən Kamala Harrisin prezidentliyə namizədimiz kimi rəsmi olaraq təsdiqləndiyini bildirməkdən məmnunam”, – səsvermənin moderator elan edib. Harris video vasitəsilə partiya üzvləri ilə əlaqə saxlayıb və qurultay iştirakçılarına dəstəyə görə təşəkkür eib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib. Demokratları yarışda Co Baydeni əvəz edən Harris, Respublikaçıları isə Donald Tramp təmsil edəcək.
//Samir Qurbanov, Editor.az