Kamçatka diyarında matəm elan edildibackend

Kamçatka diyarında matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatka diyarında “Vityaz-Aero” aviaşirkətinin Mi-8 helikopterinin qəzaya uğraması ilə əlaqədar sentyabrın 3-ü matəm günü elan edilib.

Editor.az bildirir ki, bu barədə vilayət qubernatoru Vladimir Solodov öz Telegram kanalında məlumat verib. Artıq Rusiyanın hər yerindən həlak olanların yaxınları bölgəyə gəlməyə başlayıb. Təyyarənin göyərtəsində Kamçatka diyarının, Moskva şəhərinin, Perm diyarının, Lipetsk vilayətinin, Amur vilayətinin, Buryatiya Respublikasının və Udmurt Respublikasının sakinləri olub. Solodov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. O, hadisəni “əsil faciə” adlandırıb.

“Fəlakətin Kamçatka ərazisi üçün, bizim hamımız üçün əhəmiyyəti ilə əlaqədar olaraq, sabah, sentyabrın 3-də matəm elan etməyi təklif edirəm”, – bölgə rəhbəri bildirib.
Xatırladaq ki, helikopter avqustun 31-də radarlardan itib və onun qalıqları sentyabrın 1-də aşkar edilib. Hazırda 18 nəfərin öldüyü məlumdur və xilasetmə əməliyyatı davam edir.

//Samir Qurbanov, Editor.az