Kamçatka sahillərində 5,5 maqnitudalı zəlzələ baş veribbackend

Kamçatka sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatkanın şərq sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının “Birləşmiş Geofizika Xidməti”nin yerli filialı məlumat yayıb.

Editor.az xəbər verir ki, Məlumata görə, zəlzələ 04:05:59 UTC (Kamçatka vaxtı ilə 16:05, Moskva vaxtı ilə 07:05) baş verib. Zəlzələnin episentri Sakit Okeanda, Petropavlovsk-Kamçatkadan 278 km məsafədə yerləşib. Ocaq 49,6 km dərinlikdə yerləşib.

Bu, yarımadada son sutka ərzində baş verən üçüncü zəlzələdir.

Qeyd edək ki, 30 iyulda Kamçatka sahillərində 8,8 maqnitudalı güclü zəlzələ baş vermişdi. Həmin vaxt bölgədə fövqəladə vəziyyət elan olunmuş, Sakit Okeanda tsunamı təhlükəsi ilə bağlı Yaponiyanın, ABŞ-ın və Filippinlərin müvafiq orqanları xəbərdarlıq etmişdi.

//Samir Qurbanov, Editor.az