Kamçatkada güclü zəlzələ oldubackend

Kamçatkada güclü zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit okeanın Kamçatka sahillərində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskda da hiss olunub.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan təxminən 77 kilometr məsafədə yerləşib.

Yeraltı təkanların dərinliyi 48 kilometrdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.