Kamerunda bomba partlaması nəticəsində ən azı 7 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Editor.az Trend-ə istinadən bildirir ki, qurğu qaçqınlar düşərğəsində terrorçu-intiharçı tərəfindən işə salınıb.
Hücum 1 sentyabrda hazırda 18 min insanın yerləşdiyi Qoldavidəki qaçqınlar düşərgəsində baş verdi.
Bu, son bir ayda Kamerunun şimalındakı qaçqınlara edilən ikinci hücumdur.

