Kamil Musəvi ilə Fəzail Ağamalı yenidən üz-üzə? — Deputatlığa namizəd olur…backend

Kamil Musəvi ilə Fəzail Ağamalı yenidən üz-üzə? — Deputatlığa namizəd olur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimi kimi, sentyabrın 1-i ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar artıq siyasi partiyalar öz namizədlərini təsdiqləyir, müstəqil namizədlər iştirak edəcəklərini açıqlayırlar. 

Qazi Kamil Musəvi Demokrat.az-a açıqlamasında hələ dəqiq qərar vermədiyini bildirib:

“Əgər seçkilər şəffaf olarsa, mən  iştirak edəcəm. Ancaq hələ ki, bu barədə dəqiq söz deyə bilmərəm. İnşallah zaman göstərəcək. Planlayırıq. Ola bilər ki, namizədliyimi irəli sürüm. Gedişata baxıram. Keçən dəfə məni Fəzail Ağamalıya uduzdurmuşdular. Əvvəlki seçkinin şəffaf keçiriləcəyini düşünüb qatılmışdım. Amma yenə eyni şey olarsa təbii ki, qatılmaram. Yox əgər sırf xalqa, millətə xidmət edən, insanların iştirakına ehtiyac olduğunu görsəm qatılacam”.